Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Britaniyanın Baş naziri III Çarlzdan ədəb-ərkan öyrənməlidir - Tramp
dünya

Britaniyanın Baş naziri III Çarlzdan ədəb-ərkan öyrənməlidir - Tramp

30-04-2026 23:00 11 Views
IMG

ABŞ prezidenti Donald Tramp bildirib ki, Böyük Britaniyanın Baş naziri Keir Starmer Kral III Çarlzdan ədəb-ərkan öyrənməlidir.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, Tramp Starmeri immiqrasiya və enerji siyasətinə görə bir daha tənqid edib:

 

"Keir Starmeri çox bəyənirəm, amma düşünürəm ki, o, immiqrasiya və enerji məsələsində faciəvi səhvlərə yol verib". 

 

Tramp həmçinin III Çarlzın ABŞ Konqresindəki çıxışını tərifləyib. Monarx aprelin 28-də dövlət səfəri zamanı çıxış edib:

 

"Mən onun möhtəşəm olduğunu düşünürdüm. Bu, parlaq bir çıxış idi. O, bunu gözəl aksenti ilə parlaq şəkildə çatdırdı. Ayaq üstə alqışlandı. Və mən hər cəhətdən fantastik olduğunu düşündüm".

 

Aysel Şirinova