Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya ​Tramp: "Putin İranın nüvə məsələsində kömək təklif etdi"
dünya

​Tramp: "Putin İranın nüvə məsələsində kömək təklif etdi"

29-04-2026 23:00 12 Views
IMG

​ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə apardığı telefon danışığının bəzi detallarını Ağ Evdə jurnalistlərə açıqlayıb. 

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, Trampın sözlərinə görə, Rusiya lideri rəsmi Vaşinqtona İranın zənginləşdirilmiş uran probleminin həllində iştirak etməyi təklif edib.

 

​Amerika lideri Putinin bu təşəbbüsünə daha prioritet bir məsələ ilə cavab verdiyini bildirib:

 

​"O, mənə uran zənginləşdirilməsi məsələsində kömək edə biləcəyini söylədi. Mən isə cavabımda onun Ukraynadakı müharibəyə son qoymaq prosesində iştirak etməsini daha çox istədiyimi və bunun mənim üçün daha vacib olduğunu vurğuladım". 

 

Aysel Şirinova