Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Merz Ukraynanın sürətlə Avropa İttifaqına üzvlüyünü mümkünsüz adlandırdı
dünya

Merz Ukraynanın sürətlə Avropa İttifaqına üzvlüyünü mümkünsüz adlandırdı

24-04-2026 20:00 29 Views
IMG

Ukraynanın dərhal Avropa İttifaqına (Aİ) üzvlüyü mümkün deyil.

 

Tvit.az xəbər verir ki, bu sözləri  Almaniya kansleri Fridrix Merz deyib.

 

"Hər kəs üçün aydındır ki, Ukraynanın dərhal Avropa İttifaqına üzvlüyü, əlbəttə ki, mümkün deyil," - deyə o, bildirib.

 

O əlavə edib ki, bu məsələni Ukrayna Prezidenti Volodimir Zelenski ilə dəfələrlə müzakirə edib. Onun sözlərinə görə, Kiyevin Aİ-yə sürətli inteqrasiyası mümkün olmasa da, bu istiqamətdə tədrici addımlar atmaq zəruridir. Almaniya kansleri Ukraynanın səsvermə hüququ olmadan Avropa Şurası və Avropa Parlamentinin iclaslarında iştirakına icazə verilməsini təklif edib. Merz qeyd edib ki, elan edilmiş təşəbbüs müzakirədə iştirak edən Avropa dövlətlərinin liderləri arasında geniş reaksiya alıb.

 

Aysel Şirinova