ABŞ prezidenti Donald Tramp Hörmüz boğazının gəmiçilik üçün açılmasının İranla razılaşmanı qeyri-mümkün edəcəyini bildirib.
Tvit.az xəbər verir ki, o, bu açıqlamanı “TruthSocial” sosial media platformasında yazıb.
"Dörd gün əvvəl insanlar mənə yaxınlaşıb deyirdilər ki, İran boğazı dərhal açmaq istəyir. Amma bunu etsək, liderləri də daxil olmaqla, ölkənin qalan hissəsini partlatmadıqca İranla heç vaxt razılaşma olmayacaq”,- deyə Tramp vurğulayıb.
Elmin Alışov