Vladimir Zelenski Ukrayna və Avropa İttifaqının enerji bazarlarının birləşdirilməsi haqqında qanunu imzalayıb.
Tvit.az xəbər verir ki, bu barədə Ali Radanın saytında dərc olunmuş qanun layihəsində deyilir.
Qanun Ukrayna parlamenti tərəfindən 7 apreldə qəbul edilib. Qanun Ukrayna elektrik enerjisi bazarının Aİ-nin daxili bazarına inteqrasiyası üçün hərtərəfli hüquqi çərçivə yaratmağı hədəfləyir.
Sənəd, xüsusən də enerji bazarlarının fəaliyyətinin ümumi prinsiplərini, vahid ticarət qaydalarını və bütün iştirakçılar üçün eyni tələbləri nəzərdə tutur.