Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Tokayev: Dünya Hörmüz boğazını deyil, nüvə təhlükəsini müzakirə etməlidir
dünya

Tokayev: Dünya Hörmüz boğazını deyil, nüvə təhlükəsini müzakirə etməlidir

17-04-2026 16:00 20 Views
IMG

"Nüvə silahı problemi və nüvə texnologiyalarının yayılması ABŞ ilə İran arasındakı münaqişənin həlli üzrə danışıqların əsas mövzusu olmalıdır, lakin bunun əvəzinə dünyada Hörmüz boğazında gəmilərin sərbəst hərəkəti müzakirə olunmağa başlayıb.

 

Tvit.az xəbər verir ki, bu fikirləri Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev səsləndirib.

 

Antalya Diplomatiya Forumundakı çıxışı zamanı Tokayev dünyada baş verənlərə qarşı daha böyük məsuliyyət nümayiş etdirməyi tövsiyə edib:

 "Məsələn, hamı İranı müzakirə edir. Təbii ki, orada ciddi vəziyyət yaranıb. Bu barədə hər hansı şərh vermək çətindir. Qazaxıstan [Fars] körfəzi ölkələri ilə həmrəyliyini ifadə edib. Biz bütün dövlətləri strateji təmkin nümayiş etdirməyə və hərbi əməliyyatları dayandırmağa çağırmışıq. Bu münaqişənin mənfi fəsadlarını hamı öz üzərində hiss etdi. İlk növbədə, iqtisadiyyat ciddi zərər gördü. Bu gün isə hamı gəmilərin Hörmüz boğazından sərbəst keçidindən danışır", — deyə prezidentin mətbuat xidməti onun çıxışından sitat gətirib."

 

Aysel Şirinova