Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya İran səfiri: Tehran hərbi əməliyyatlardan daha çox dialoqa üstünlük verir
dünya

İran səfiri: Tehran hərbi əməliyyatlardan daha çox dialoqa üstünlük verir

17-04-2026 16:00 16 Views
IMG

İran, ona qarşı təcavüzə baxmayaraq, hərbi əməliyyatlardan daha çox danışıqlara üstünlük verir.

 

Tvit.az xəbər verir ki, bu barədə İslam Respublikasının Fransadakı səfiri Məhəmməd Əmin-Nəjad RFI Radiosunda bildirib.

 

"Biz həm 12 günlük müharibə zamanı, həm də danışıqlar prosesində olduğumuz zaman, mahiyyət etibarilə müharibə elanı olmadan qəddar bir təcavüz olan 27 fevral müharibəsi zamanı həmişə danışıqlar mərhələsində olmuşuq. Və bu dəfə danışıqlara razılaşdıq, çünki həmişə hərbi əməliyyatlardan daha çox dialoqa üstünlük veririk", - deyə o bildirib.

 

Bununla belə, o, vasitəçilik danışıqlarının və təmasların davam etdiyini qeyd edib.

 

Aysel Şirinova