Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya İran XİN: Ərəb ölkələrindən ABŞ və İsrailə yardım hərbi təcavüz sayılacaq
dünya

İran XİN: Ərəb ölkələrindən ABŞ və İsrailə yardım hərbi təcavüz sayılacaq

15-04-2026 18:00 23 Views
IMG

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, Fars körfəzi ölkələrinin ərazisinin və obyektlərinin ABŞ və İsrail tərəfindən İrana qarşı hərbi məqsədlərlə istifadə edilməsi Tehran tərəfindən təcavüzün bir hissəsi kimi dəyərləndiriləcək.


Tvit.az bu barədə İran mediasına istinadən xəbər verir.


Bəqayi mətbuat konfransında deyib ki, İran ərazisinə hücum etmək, raket və dronlar buraxmaq, yanacaq doldurmaq və hər hansı lojistik dəstək göstərmək üçün ərəb ölkələrinin bazalarından və ya hava məkanından istifadə olunması ABŞ və sionist rejimin hərbi təcavüzünün tərkib hissəsidir.


Elmin Alışov