Almaniya hökuməti ABŞ və İran arasında danışıqların bərpasını alqışlayıb.
Tvit.az xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin sözçüsü Sebastian Hille bildirib.
“ABŞ və İran arasında danışıqların bərpasını qətiyyətlə alqışlayırıq. Məqsəd dəyişməz qalmalıdır: diplomatik yollarla müharibəyə qəti son qoymaq”, - deyə Hille bildirib.
O, həmçinin qeyd edib ki, Almaniya kansleri Fridrix Merts ABŞ prezidenti Donald Trampla bu yaxınlarda telefon danışığı zamanı bunu bir daha açıq şəkildə vurğulayıb. Almaniya hökumətinin sözçüsü bildirib ki, Almaniya hökuməti belə bir diplomatik həllin tapılmasını təmin etmək üçün hər cür səy göstərir.
Aysel Şirinova