Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Meloni Trumpın Papa Leo ilə bağlı səsləndirdiyi fikirlərə sərt reaksiya verib
dünya

Meloni Trumpın Papa Leo ilə bağlı səsləndirdiyi fikirlərə sərt reaksiya verib

13-04-2026 22:00 13 Views
IMG

İtaliyanın Baş naziri Giorgia Meloni ABŞ Prezidenti Donald Trump-ın Papa Leo ilə bağlı səsləndirdiyi fikirlərə sərt reaksiya verib.

 

Tvit.az "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, Meloni Trampın çıxışını qəbuledilməz adlandıraraq bildirib ki, Papa Katolik Kilsəsinin rəhbəri kimi sülhə çağırış etməkdə və müharibənin bütün formalarını pisləməkdə haqlıdır.

 

“Prezident Trampın Müqəddəs Ataya qarşı dediklərini qəbuledilməz hesab edirəm. Papa Katolik Kilsəsinin başçısıdır və onun sülhə çağırması, müharibəni qınaması tamamilə doğru və normaldır”, – deyə Baş nazir qeyd edib.

 

Qeyd edək ki, 2025-ci ildə Trampın andiçmə mərasimində iştirak edən yeganə Avropa lideri olan Meloni daha əvvəl yaydığı açıqlamada Papa Leo-ya dəstəyini ifadə etsə də, Trampın çıxışına birbaşa münasibət bildirməmişdi.

 

Aysel Şirinova