Banqladeş hakimiyyəti ölkənin yeganə dövlətə məxsus neft emalı zavodundakı texniki məhdudiyyətlər səbəbindən Rusiya neftini Hindistanda alacaqları təqdirdə, onu emal etməyi düşünür.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, Yeni Dehlinin Dəkkə əvəzinə Rusiyadan neft idxal etməsi, öz neft emalı zavodlarında emal etməsi və hazır neft məhsullarının Banqladeşə göndərilməsi nəzərdə tutulur. Xammalın alınması, emalı və daşınması ilə bağlı bütün xərcləri son alıcı ödəyəcək.
Qeyd olunur ki, belə bir addımın atılması zəruridir, çünki Banqladeşdəki yeganə neft emalı zavodu Yaxın Şərq ölkələrindən neft emalı üçün nəzərdə tutulub və daha ağır Rusiya xam neftindən yanacaq istehsal etmək üçün uyğun deyil.
Aysel Şirinova