Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Göygöldə külli miqdarda tütün məmulatları və spirtli içkilər aşkar edilib
sosial

Göygöldə külli miqdarda tütün məmulatları və spirtli içkilər aşkar edilib

09-03-2026 13:00 52 Views
IMG

Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən külli miqdarda tütün məmulatları və spirtli içkilər aşkar edilib.

 

Tvit.az xəbər verir ki, bu barədə DGK məlumat yayıb.

 

Bildirilib ki, komitənin Əməliyyat-İstintaq Baş İdarəsi və Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məhkəmənin qərarı əsasında Göygöl rayonunda dörd fərqli ünvandan Azərbaycana məxsus məcburi nişanlanma ilə nişanlanmamış 8 314 qutu müxtəlif markalı tütün məmulatları və saxta aksiz markası ilə markalanmış 695 ədəd spirtli içki aşkar edilib.

 

Hazırda faktla bağlı araşdırma aparılır.