Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Göygöldə külli miqdarda tütün məmulatları və spirtli içkilər aşkar edilib
sosial

Göygöldə külli miqdarda tütün məmulatları və spirtli içkilər aşkar edilib

09-03-2026 13:00 53 Baxış
IMG

Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən külli miqdarda tütün məmulatları və spirtli içkilər aşkar edilib.

 

Tvit.az xəbər verir ki, bu barədə DGK məlumat yayıb.

 

Bildirilib ki, komitənin Əməliyyat-İstintaq Baş İdarəsi və Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məhkəmənin qərarı əsasında Göygöl rayonunda dörd fərqli ünvandan Azərbaycana məxsus məcburi nişanlanma ilə nişanlanmamış 8 314 qutu müxtəlif markalı tütün məmulatları və saxta aksiz markası ilə markalanmış 695 ədəd spirtli içki aşkar edilib.

 

Hazırda faktla bağlı araşdırma aparılır.