Rusiya hərbi nümayəndə heyəti Suriyaya gedib.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata əsasən, Suriya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əli əl-Naasan Dəməşqdə Rusiyanın müdafiə nazirinin müavini Yevkurovu və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.
Bildirilib ki, Rusiya nümayəndə heyətinin səfəri bir neçə gün davam edəcək və hər iki ölkənin maraqları naminə hərbi əməkdaşlığın inkişafı və möhkəmləndirilməsinə yönələcək.
Aysel Şirinova