Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Ermənistan Təhlükəsizlik Şurasının katibi Aİ-nin missiya rəhbəri ilə görüşdü
dünya

Ermənistan Təhlükəsizlik Şurasının katibi Aİ-nin missiya rəhbəri ilə görüşdü

03-02-2026 15:00 14 Views
IMG

Fevralın 3-də Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Avropa İttifaqının Ermənistandakı mülki müşahidə missiyasının rəhbəri Markus Ritteri onun səlahiyyət müddətinin başa çatması münasibətilə qəbul edib.

 

Tvit.az-ın erməni mediasına istinadla verdiyi xəbərə görə, Təhlükəsizlik Şurasının katibi Markus Ritterə əməkdaşlığa və görülən genişmiqyaslı işlərə görə təşəkkür edib, həmçinin vurğulayıb ki, mülki missiyanın Ermənistanda yerləşdirilməsi regionda təhlükəsizlik və sabitliyin təmin olunması baxımından mühüm rol oynayıb. A. Qriqoryan M. Ritterə gələcək fəaliyyətində yeni uğurlar və nailiyyətlər arzulayıb.

 

Missiya rəhbəri də öz növbəsində bu illər ərzində göstərilən dəstəyə və əməkdaşlıq münasibətlərinə görə təşəkkürünü bildirib.

 

Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran məsələləri də müzakirə ediblər.

 

Xatırladaq ki, yanvarın sonunda Ritter bəyan etmişdi ki, Bakı ilə İrəvan arasında sülh sazişi imzalandıqdan sonra Aİ missiyası Ermənistan sərhədlərini tərk edəcək. O qeyd edib ki, bundan sonra bu missiyaya "ehtiyac qalmayacaq".

 

Aysel Şirinova