Amerikalı diplomatlar Sülh Şurası çərçivəsində Sudandakı münaqişənin dayandırılmasına yönəlmiş yeni təşəbbüsü irəli sürürlər.
Tvit.az xəbər verir ki, bu barədə "Sudan Tribune" qəzeti məlumat yayıb.
Məlumata əsasən, Sudanla bağlı strategiya humanitar atəşkəsin mümkün qədər tez təşkil edilməsini və mart ayınadək döyüş əməliyyatlarının daimi dayandırılmasının təmin olunmasını nəzərdə tutur.
Bildirilib ki, eyni zamanda, silahlı qüvvələrdə və təhlükəsizlik strukturlarında islahatlarla bağlı uzunmüddətli problemin həlli də planın tərkib hissəsidir. Təklifin əsas şərti isə ekstremist elementlərin, xüsusilə islamçı qruplaşmaların həm ölkənin hərbi, həm də siyasi həyatından kənarlaşdırılmasıdır.
Aysel Şirinova