Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Orbanın müşaviri Avropa İttifaqının siyasətini sərt tənqid etdi - "Sülhə töhfə vermir"
dünya

Orbanın müşaviri Avropa İttifaqının siyasətini sərt tənqid etdi - "Sülhə töhfə vermir"

02-02-2026 13:00 14 Views
IMG

Avropa İttifaqının Ukrayna ilə bağlı siyasəti sülhün əldə olunmasına töhfə vermir və Avropanın maraqlarına cavab vermir.

Tvit.az xəbər verir ki, bunu Macarıstanın baş nazirinin siyasi müşaviri Balaş Orban bəyan edib.

O, X sosial şəbəkəsində Zakarpatya bölgəsindən olan daha bir macar əsilli şəxsin Ukraynada yerli hakimiyyət orqanlarının zorakı hərəkətləri nəticəsində cəbhəyə göndərilmək üçün məcburi şəkildə aparılarkən  həlak olması ilə bağlı xəbəri belə şərh edib.

“Bununla belə, Brüssel elitası bütün bunlara göz yumur. Aİ heç bir rasional əsas olmadan Ukraynaya pul axıtmağa davam edir, ciddi insan hüquqları pozuntuları isə görməzdən gəlinir və bunun bədəlini Avropa vətəndaşları ödəyir. Bu siyasət nə sülhə, nə də Avropaya xidmət edir. Brüsseldən qaynaqlanan müharibəpərəst siyasətə və müharibəyə son qoymağın vaxtıdır”, - deyə müşavir yazıb.

O vurğulayıb ki, Ukrayna hətta orta müddətli perspektivdə belə Aİ-yə üzvlüyə hazır deyil: “Avropaya eskalasiya yox, məsuliyyət lazımdır. Məhz buna görə sülhə ehtiyac var, məhz buna görə müharibə dayandırılmalıdır və məhz buna görə vətənpərvər Macarıstan hökuməti sülh təşəbbüslərini dəstəkləyir”, - deyə Macarıstan baş nazirinin müşaviri fikrini yekunlaşdırıb.

 

Aysel Şirinova