İranda “Oskar-2025”ə namizəd ssenarist həbs edilib.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata əsasən, İranda “Sadə bir təsadüf” filmi üçün yazdığı ssenariyə görə “Oskar” mükafatına namizəd göstərilən ssenarist Mehdi Mahmudyan tutulub. Belə ki, o, hakimiyyətin etiraz aksiyalarını zorakılıqla yatırmasını tənqid edən açıqlamalarına görə saxlanılıb.
Bildirilir ki, Mahmudyan hökumətin etirazlara qarşı sərt müdaxiləsini pisləyən bəyanatı imzalayan şəxslərdən biri olub. Sözügedən məktubun altında ümumilikdə 17 tanınmış hüquqşünasın, incəsənət xadiminin və fəalın imzası yer alıb.