Volkswagen şirkəti yüksək gərginlikli batareyaların həddindən artıq qızması nəticəsində yaranan yanğın riski səbəbindən 44 mindən çox avtomobili geri çağırdığını açıqlayıb.
Tvit.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Geri çağırma qərarı brendin məşhur elektrik SUV modeli olan ID.4-ün 2023-2025-ci illər arasında istehsalını əhatə edir.
Bildirilib ki, müştərilər yeniləmələr və zəruri hallarda batareyaların dəyişdirilməsi üçün servis mərkəzlərinə dəvət olunacaqlar.
Elmin Alışov