Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
sosial

Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi

28-01-2026 11:00 14 Views
IMG

Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə fevralın 1-də Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.

 

"Tvit.az" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

 

Qatar Bakıdan Ağstafaya saat 08:30-da, Ağstafadan Bakıya isə saat 17:20-də yola düşəcək.

 

Eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər edə bilərsiniz.

 

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə etmək olar.