İsrailin Baş nazir Benyamin Netanyahu ötən həftə İrana qarşı verdiyi xəbərdarlığı təkrarlayıb və bildirib ki, əgər ölkə İsrailə hücum edərsə, Qüds sərt cavab verəcək.
Tvit.az bu barədə İsrail mediasına istinadən xəbər verir.
“İndi bu doğrudur — İran oxu özünə gəlməyə çalışır — amma biz buna imkan verməyəcəyik. Əgər İran İsrailə hücum etməklə ciddi səhv edərsə, biz İranın əvvəllər heç görmədiyi bir güclə cavab verəcəyik”, - deyə o, bildirib.
Aysel Şirinova