ABŞ-da Donald Tramp administrasiyasının federal qaydaların hazırlanmasında süni intellektdən istifadə etməyi planlaşdırdığı ortaya çıxıb.
Tvit.az xəbər verir ki, "Engadget"in verdiyi məlumata görə, Tramp administrasiyası süni intellektlə işləyən sistemləri federal agentliklərə inteqrasiya etməklə yeni qaydaların yazılması prosesini sürətləndirməyi və mövcud qanunvericiliyi nəzərdən keçirməyi hədəfləyir.
Əvvəlcə Nəqliyyat Nazirliyi kimi bəzi qurumlarda pilot proqramlar planlaşdırılır. Məqsəd süni intellekt tərəfindən minlərlə səhifəlik qanunvericiliyi tez bir zamanda nəzərdən keçirmək və lazımsız və ya köhnəlmiş qaydaları müəyyən etməkdir.
Aysel Şirinova