Macarıstan Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünə yeganə maneədir.
Tvit.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər naziri Andriy Sybiha Avropa Pravda-ya verdiyi müsahibədə bildirib.
"Biz hər şeyi tam qiymətləndirməliyik. Macarıstan Ukraynanın Avropa İttifaqına üzvlüyünə yeganə maneədir," - deyə o bildirib.
Nazir həmçinin Macarıstan hakimiyyətini Ukraynada yaşayan macarların ümumi Avropa məkanına qoşulmasının qarşısını almaqda ittiham edib.
Aysel Şirinova