Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Almaniya bu səbəbdən Trampdan üzr tələb etdi
dünya

Almaniya bu səbəbdən Trampdan üzr tələb etdi

26-01-2026 16:00 11 Views
IMG

Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ prezidenti Donald Trampdan NATO müttəfiqlərinin Əfqanıstandakı töhfələrini kiçiltdiyinə görə üzr istəməsini tələb edib.


Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.


“Həlak olan əsgərlərin ailələrindən üzr istəmək nəzakət, hörmət və anlayış əlaməti olardı”,- deyə nazir bildirib.


ABŞ prezidenti Donald Tramp ötən həftə Fox News-a verdiyi müsahibədə ABŞ-ın Əfqanıstanda NATO qoşunlarına heç vaxt ehtiyac duymadığını və münaqişə zamanı müttəfiq qüvvələrin cəbhə xəttindən uzaq durduğunu demişdi.


Elmin Alışov