Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya "Qərb özünün ikili standartlarında itib" - Zaxarova
dünya

"Qərb özünün ikili standartlarında itib" - Zaxarova

23-01-2026 18:00 13 Views
IMG

Qərb “öz ikili standartlarında tamamilə itib-batıb”.

Tvit.az xəbər verir ki, bu fikirləri Rusiya XİN nümayəndəsi Mariya Zaxarova deyib.

 

Onun sözlərinə görə ikili standarların sübutu Finlandiya prezidenti Aleksander Stubbun Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qrenlandiya və Krımla bağlı fikirlərinə verdiyi reaksiyadır. 

 

Diplomat Davosda Stubbun verdiyi müsahibəyə diqqət çəkib. Həmin müsahibə zamanı o, Lavrovun Qrenlandiya və Krım xalqları barədə söylədiyi fikirləri təhqir adlandırıb.
“Bəzən, son vaxtlar isə getdikcə daha tez-tez, əsl təhqir Stubbun özünü və onun danışdığı cəfəngiyyatı dinləməkdir. Biz buna artıq hətta öyrəşmişik,” – deyə Zaxarova şərh edib.

 

Aysel Şirinova