Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Kənd və şəhərdə kommunalın qiymətləri fərqli olsun - Təklif
sosial

Kənd və şəhərdə kommunalın qiymətləri fərqli olsun - Təklif

22-01-2026 18:00 12 Views
IMG

Azərbaycanda şəhərlərdə və kəndlərdə yaşayan şəxslərin kommunal xidmətlərə görə ödədiyi vəsaitin məbləğində fərq olmalıdır.

 

Tvit.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Eldar İbrahimov bildirib.

 

"Camaat kənddən şəhərə niyə gəlir? Çünki kənddə yaşayan adamla şəhərdə yaşayan adamın işığa, qaza, suya görə ödədiyi pul eynidir. Halbuki, kənddə az olmalıdır, çünki orada yaşayanlar şəhər sakinlərindən fərqli olaraq zavodda işləyib maaş almırlar", - deyə o qeyd edib.