2026-cı ildə Qərbi və Mərkəzi Afrikada beş yaşdan kiçik 13 milyondan çox uşaq aclıq təhlükəsi ilə üz-üzədir, bunun bir hissəsi qitədə beynəlxalq aclıq proqramlarının maliyyələşdirilməsinin azaldılması ilə bağlıdır.
Tvit.az xəbər verir ki, bu proqnoz BMT-nin Dünya Ərzaq Proqramı tərəfindən rəsmi portalında dərc olunan hesabatda verilib.
Onun təxminlərinə görə, 2026-cı ilin yay ayları bu bölgələr üçün kritik olacaq, çünki 55 milyon insan aclıq təhlükəsi ilə üzləşəcək. Bu dövrdə əvvəlki məhsulun ehtiyatları tükənəcək və yeni məhsul hələ yığılmayacaq.
Bundan əlavə bildirilib ki, son onilliklərdə Qərbi və Mərkəzi Afrikada heç vaxt bu qədər çox insan aclıq riski ilə üzləşməyib.
Aysel Şirinova