Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Polis xeyli silah-sursat aşkarladı
sosial

Polis xeyli silah-sursat aşkarladı

15-01-2026 11:00 25 Views
IMG

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

"Tvit.az" xəbər verir ki, bu barədə DİN-dən bildirilib. Yanvarın 14-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 14 avtomat silahı, 3 pulemyot, 1 tapança, 2 qumbara, 3 qumbaraatan, 2 alışdırıcı, 25 tüfəng, 5 patron darağı və 291 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.