Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Qazaxıstan Qara dənizdə tanker hücumundan narahatdır
dünya

Qazaxıstan Qara dənizdə tanker hücumundan narahatdır

14-01-2026 15:00 18 Views
IMG

Qazaxıstan Xarici İşlər Nazirliyi Qara dənizdə tanker hücumlarından narahatdır.

Tvit.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər nazirliyi məlumat yayıb.

“Qazaxıstan hər hansı silahlı münaqişənin tərəfi deyil, qlobal və Avropa enerji təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfə verir və enerji daşıyıcılarının tədarükünü tam şəkildə beynəlxalq normalara uyğun təmin edir. Bu baxımdan qeyd edirik ki, sözügedən tankerlərin bütün zəruri icazələri var idi”, — nazirliyin bəyanatında vurğulanır. 

Bildirilib ki, tankerlərə edilən hücumlardan sonra Qazaxıstan diplomatları Avropa İttifaqı və ABŞ səfirləri ilə beynəlxalq hüquq normalarına uyğun olaraq neft daşımalarının təhlükəsizliyinin təmin edilməsi üçün tədbirləri müzakirə ediblər.

13 yanvarda dronlarla Qara dəniz akvatoriyasında Xəzər Boru Kəməri Konsorsiumu (KTK) dəniz terminalına yönəlmiş üç tanker hücuma məruz qalıb.

 

Aysel Şirinova