Rusiyada Çin istehsalı olan avtomobillər seqmentində kəskin eniş yaşanıb.
Tvit.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata əsasən, bir il ərzində onların satışları 38 faiz azalaraq 489 min ədəd təşkil edib. Bununla yanaşı, yerli istehsal olan avtomobillərin satışı artım göstərib. Hesabat dövründə satış həcmi 701,7 min ədəd olub ki, bu da əvvəlki illə müqayisədə 8 faiz çoxdur. İlk dəfə olaraq onların bazardakı payı 52,9 faizə çatıb.
O, qeyd edib ki, ilin əsas nəticələrindən biri Çin idxalının kəskin azalması fonunda bazar paylarının lokallaşdırılmış istehsalın xeyrinə köklü şəkildə yenidən bölüşdürülməsi olub.
Aysel Şirinova