Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Zaxarova Aİ-nin İranla bağlı mövqeyini sərt tənqid etdi
dünya

Zaxarova Aİ-nin İranla bağlı mövqeyini sərt tənqid etdi

14-01-2026 12:00 19 Views
IMG

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Avropa İttifaqının İranla bağlı mövqeyini sərt tənqid edib.

Tvit.az xəbər verir ki, bu barədə diplomat “Radio Sputnik”də yayımlanan müəllif proqramında çıxış edərkən bildirib.

Zaxarovanın narazılığı Avropa İttifaqının diplomatiya rəhbəri Kaya Kallasın Avropanın İranda rejimin yaxın vaxtlarda devriləcəyini gözləməsə də, yerli vətəndaş cəmiyyətinə dəstək verməklə bu istiqamətdə işi davam etdirdiyi barədə sözləri ilə bağlı olub.

Rusiya XİN nümayəndəsi bu cür addımları “həddi aşmaq” kimi qiymətləndirib və onların hüquqi baxımdan qanuniliyini şübhə altına alıb.

“Bir tərəfdən sanksiya təzyiqi, mahiyyət etibarilə boğucu üsullar tətbiq olunur, paralel olaraq isə fikir ifadə azadlığına riayət etməyə, birləşmək və dinc toplaşmaq azadlıqlarına hörmət göstərməyə çağırırlar. Bu cür qiymətləndirmələrə gəlmək üçün necə bir kiniklik (əslində isə bu, açıq və birbaşa hücumdur) lazımdır? Bu, anti-hökumət fəaliyyətinə açıq dəstəkdir”, — deyə diplomat bildirib.

 

Aysel Şirinova