Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Qətər İran ətrafındakı vəziyyətin tənzimlənməsi üzrə danışıqlarda iştirak edir
dünya

Qətər İran ətrafındakı vəziyyətin tənzimlənməsi üzrə danışıqlarda iştirak edir

13-01-2026 15:00 23 Views
IMG

Qətər İran ətrafındakı vəziyyətin diplomatik yolla həllinə dair danışıqlar prosesində iştirak edir.

 

Tvit.az xəbər verir ki, bu barədə ölkənin baş nazirinin müşaviri və Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Macid bin Məhəmməd əl-Ansari bildirib.

“Biz hələ də diplomatik həll yolunun tapıla biləcəyinə inanırıq. Elə buna görə də biz regiondakı bütün tərəflərlə qeyri-rəsmi şəkildə əməkdaşlıq edirik”, - deyə o, bildirib.

Macid bin Məhəmməd əl-Ansari əlavə edib ki, Qətər hakimiyyəti İran ətrafındakı gərgin vəziyyətlə əlaqədar əhalinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görüb.

O, Vaşinqton və Tehran arasında qarşılıqlı təhdidlər fonunda təhlükəsizlik tədbirləri barədə sualı cavablandırarkən bildirib:


“Öz müdafiəmizə gəldikdə, bölgədə baş verən hər hansı eskalasiya və ya münaqişə halında hökumət bütün mümkün tədbirləri görüb ki, Qətər vətəndaşlarının və sakinlərinin təhlükəsizliyi təmin edilsin. Bu, hökumətdə, əlbəttə ki, müdafiə və digər nazirliklər daxil olmaqla, hər kəs üçün ən vacib məsələdir.”

 

Aysel Şirinova