Avropa İttifaqı ölkədə keçirilən etiraz aksiyalarına görə İrana qarşı yeni sanksiyalar üzərində işləyir.
Tvit.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz deyib.
“Biz İran rəhbərliyinə çağırış edirik ki, öz əhalisini qorusun, ona hədə-qorxu gəlməsin. Bu məsələyə diqqəti cəlb etmək üçün Aİ-nin yeni sanksiyaları üzərində işləyirik”, — deyə kansler qeyd edib.
Xatırladaq ki, dekabrın 29-da Tehranda İran rialının məzənnəsinin kəskin ucuzlaşması səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Dekabrın 30-da isə etirazlara tələbələr qoşulub. İğtişaşlar ölkənin əksər iri şəhərlərinə yayılıb. Hakimiyyət orqanları 38 hüquq-mühafizə əməkdaşının həlak olduğunu bildirib. İranın xarici işlər naziri Abbas Araqçinin yanvarın 8-də verdiyi açıqlamaya görə, etirazçılar arasında silahlı terrorçular peyda olub. İran hakimiyyəti iğtişaşların təşkilinə görə məsuliyyəti İsrail və ABŞ-ın üzərinə qoyub.
Aysel Şirinova

