Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya İran və Pakistan XİN-ləri danışıb
dünya

İran və Pakistan XİN-ləri danışıb

13-01-2026 13:00 39 Views
IMG

İran  xarici işlər nazirləri Abbas Əraqçi və Pakistan naziri İshaq Dar arasında telefon danışığı baş tutub.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

 Tərəflər ikitərəfli münasibətləri, eləcə də regional və beynəlxalq hadisələri müzakirə ediblər. Söhbət zamanı Qəzza sektoru, Livan və Suriyadakı vəziyyətə xüsusi diqqət yetirilib.

Əraqçi, həmçinin ölkədə baş verən etirazlara toxunaraq, onun sözlərinə görə bu proseslərdə ABŞ və İsrailin iştirak etdiyini bildirib.

 İran xalqının İslam Respublikasının müstəqilliyini, milli suverenliyini və təhlükəsizliyini xarici düşmən niyyətli addımlardan qorumaqda qətiyyətli olduğunu vurğulayıb.

 

Aysel Şirinova