Avropa İttifaqı (Aİ) 24 fevraladək Rusiyaya qarşı yeni, 20-ci sanksiya paketini təqdim edə bilər.
Tvit.az xəbər verir ki, bu barədə "Euractiv" portalı məlumat yayıb.
Digər məsələlərlə yanaşı, yeni məhdudiyyətlər paketinin bir hissəsi olaraq, Aİ Rusiya Federasiyası ilə əlaqəli neft tankerlərinin saxlanmasını qadağan edə, Rusiya gübrələrinin idxal kvotalarını azalda və lüks malların Rusiyaya ixracını məhdudlaşdıra bilər.
İddia olunur ki, İsveç və Finlandiya Avropa Komissiyasından belə tədbirlər görməyi tələb edir.
Aysel Şirinova