Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Merts ABŞ-ın NATO ilə birlikdə Qrenlandiyanın təhlükəsizliyini təmin edəcəyinə ümid edir
dünya

Merts ABŞ-ın NATO ilə birlikdə Qrenlandiyanın təhlükəsizliyini təmin edəcəyinə ümid edir

12-01-2026 15:00 48 Views
IMG

Almaniya kansleri Fridrix Merts ABŞ-ın NATO ölkələrinin Qrenlandiyada təhlükəsizliyi gücləndirmək məqsədilə mümkün  birgə əməliyyatda iştirakını gözlədiyini bildirib. 

 

Tvit.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

“Biz ABŞ-nin bu Danimarka hissəsinin müdafiəsini yaxşılaşdırmaq ehtiyacı ilə bağlı narahatlığını bölüşürük. Qrenlandiya üçün təhlükəsizlik vəziyyətini birlikdə yaxşılaşdırmaq istəyirik. Mən hesab edirəm ki, amerikalılar da bu əməliyyata qatılacaqlar”, – Merts Hindistana səfəri zamanı bildirib.