Özbəkistanın hüquq-mühafizə orqanları 19,5 mindən çox insan üçün qanunsuz şəkildə zəvvar səfərləri və ümrə təşkil edən qrupun fəaliyyətinin qarşısını alıb.
Tvit.az xəbər verir ki, bu barədə respublika Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, vətəndaşları qanunsuz zəvvar səfərlərinə bir qadın cəlb edib. 2024–2025-ci illərdə sözügedən tura vətəndaşlardan təxminən 22,8 milyon ABŞ dolları daxil olub. Dövlət maraqlarına vurulan zərər təxminən 1 milyard 820 milyon sum (151,3 min dollar), vergi və digər məcburi ödənişlərdən yayınma nəticəsində dəyən zərər isə 15,3 milyard sum (1,272 milyon dollar) təşkil edib.
14 nəfər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açıb, onlardan 13 nəfər saxlanılıb.
Aysel Şirinova