Macarıstan 2026-cı ildə Aİ-nin Rusiyadan enerji təchizatını qadağan etmək planlarına qarşı çıxmağa davam edəcək.
Bu, Budapeştdə keçirilən böyük mətbuat konfransında Macarıstan Baş naziri Viktor Orban tərəfindən bildirildi.
"Avropa İttifaqı 2027-ci ilin sonundan etibarən Rusiya neft və qazından imtina etməyi planlaşdırır. Biz hesab edirik ki, bu, Avropa İttifaqı daxilindəki razılaşmaları pozur. Bunun qarşısını almaq üçün bütün mümkün hüquqi mexanizmlərdən istifadə edəcəyik," Orba deyb.