Vladimir Zelenski Ukrayna Xarici İşlər Nazirliyinin müavini Sergey Kislytsanı Prezident Ofisinin rəhbərinin müavini təyin edib.
Tvit.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri Telegram kanalında məlumat yayıb.
“Zelenski Kislytsanı Prezident Ofisinin birinci müavini təyin edib. Müvafiq fərman prezidentin rəsmi saytında dərc olunub”, – deyə məlumatda qeyd olunur.
Xatırladaq ki, ötən ilin 28 noyabrında Zelenski Prezident Ofisinin rəhbəri Andrey Yermakı vəzifəsindən azad edib. Onun postdan uzaqlaşdırılması iş adamı Timur Mindich barəsində aparılan iri miqyaslı korrupsiya araşdırması ilə əlaqələndirilib. Bundan sonra Ukrayna prezidenti Baş Kəşfiyyat İdarəsinin (GUR) hazırkı rəhbəri Kirill Budanovu Prezident Ofisinin yeni rəhbəri təyin edib.
Aysel Şirinova