Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Finlandiya rabitə kabelini zədələyən gəmini saxlayıb: Ekipaj üzvləri arasında azərbaycanlılar da var
dünya

Finlandiya rabitə kabelini zədələyən gəmini saxlayıb: Ekipaj üzvləri arasında azərbaycanlılar da var

31-12-2025 22:00 25 Views
IMG

Fin körfəzində Estoniya ilə Finlandiya arasında yerləşən sualtı rabitə kabeli zədələnib.

 

Tvit.az bu barədə "Euronews" telekanalına istinadən xəbər verir.

 

Finlandiya sahil mühafizəsi kabelin zədələnməsində şübhəli bilinən "Fitburg" adlı gəmini saxlayıb. Gəminin 14 ekipaj üzvü polis tərəfindən saxlanılıb. Ekipaj üzvləri Rusiya, Gürcüstan, Qazaxıstan və Azərbaycan vətəndaşlarıdır.

 

Bildirilir ki, Sent-Vinsent və Qrenadin bayrağı altında üzən gəmi Sankt-Peterburqdan çıxıb və İsrailə doğru istiqamət alıb.