Bu gün Azərbaycanda qısa iş günüdür.
"Tvit.az" xəbər verir ki, bu, Əmək Məcəlləsinin 108-ci maddəsində öz əksini tapıb.
Belə ki, sabahdan ölkəmizdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı qeyd olunacaq.
Qanunvericiliyə görə, iş günü hesab edilməyən bayramqabağı günlərdə iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.
Məcəlləyə görə, işçiyə iş günü hesab edilməyən bayram günləri görülən işə görə əməkhaqqı ödənilir.
Qeyd edək ki, sabahdan Azərbaycanda 5 günlük tətil başlayır.