Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Azərbaycan neftnin qiyməti 66 dollara yaxınlaşır
sosial

Azərbaycan neftnin qiyməti 66 dollara yaxınlaşır

23-12-2025 09:00 20 Views
IMG

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,46 ABŞ dollar və ya 2,27 % artaraq 65,71 ABŞ dolları təşkil edib.

 

Bu barədə Tvit.az-a neft bazarındakı mənbə məlumat verib.

 

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin fevral fyuçerslərinin qiyməti 62,46 ABŞ dolları təşkil edib.

 

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,49 ABŞ dolları və ya 2,4 % artaraq 63,64 ABŞ dolları təşkil edib.

 

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

 

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.