Türkiyədə EKOL TV telekanalının fəaliyyəti dayanıb.
"Tvit.az" xəbər verir ki, kanal il yarımdır fəaliyyət göstərirdi. Müvafiq qərarın bu gün verildiyi bildirilir.
Kanal tərəfindən paylaşılan rəsmi açıqlamada, bağlanma səbəb kimi maliyyə çətinlikləri göstərilib: “Son dövrdə formalaşan kapital strukturu və baş verən dəyişikliklər iqtisadi dayanıqlılığa mənfi təsir göstərib.
Qeyd edək ki, kanalın azərbaycanlı iş adamı Mübariz Mənsimova aid olduğu bildirilir. Türkiyədə 2024-cü ildə kanalın hissələrini alan Mənsimov “Palmali Holding” adından mediaya investisiya edəcəyəni açıqlamışdı. Bu yaxınlarda isə o, kanalın gözləntiləri qarşılamadığını bildirib və investisiyasını geri çəkib.
Bundan sonra kanal fəaliyyətini dayandırıb və 350-dən çox əməkdaş işsiz qalıb.