Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya ABŞ dövlət katibi Tayland XİN-lə sərhəddəki vəziyyəti müzakirə edib
dünya

ABŞ dövlət katibi Tayland XİN-lə sərhəddəki vəziyyəti müzakirə edib

19-12-2025 13:00 16 Views
IMG

ABŞ-nin dövlət katibi Marko Rubio Tayland Xarici İşlər Naziri Sihasak Phuangketkeow ilə danışıb.

 

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

 

 Katib ABŞ-ın Kamboca sərhədində davam edən zorakılıqla bağlı narahatlığını vurğulayaraq  gərginliyin dərhal azaldılmasının vacibliyindən bəhs edib.

 

 Rubio,həmçinin Xarici İşlər Naziri Sihasakı vəziyyəti yumşaltmaq və Taylandın Kuala Lumpur Sülh Sazişlərinin icrasına qayıtması üçün konkret tədbirlər görməyə çağırıb.

 

Aysel Şirinova