Fransa prezidenti Emmanuel Makron Aİ-ni Rusiya ilə dialoqu bərpa etməyə çağırıb.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Avropa üçün Rusiya prezidenti Vladimir Putinlə qarşılıqlı əlaqəni yenidən bərpa etmək faydalı olardı.
“Mən hesab edirəm ki, bu müzakirəni yenidən başlamaq üçün düzgün format tapmaq həm avropalıların, həm də ukraynalıların maraqlarına uyğundur”, – deyə o vurğulayıb.
Fransa prezidenti əlavə edib ki, avropalılar bunu yaxın həftələrdə reallaşdırmağın yolunu tapmalıdırlar.
Aysel Şirinova