Türkiyə ilə Misir arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və qarşılıqlı fəaliyyətin artırılması məqsədilə Şərqi Aralıq dənizində Türkiyə-Misir Dostluq Dənizi Dəniz Hərəkatı Xüsusi Təlimi keçiriləcək.
Tvit.az xəbər verir ki, bu barədə Türkiyə müdafiə nazirliyi məlumat yayıb.
Türkiyə Silahlı Qüvvələri adından Hərbi Dəniz Qüvvələri Komandanlığı TCG Oruçreis və TCG Gediz freqatları, TCG İmbat, TCG Bora sürətli hücum katerləri və TCG Gür sualtı qayığı ilə, Hərbi Hava Qüvvələri Komandanlığı isə iki F-16 təyyarəsi ilə iştirak edəcək.
Elmin Alışov