Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Mariya Zaxarova Polşada baş vermiş PUA hadisəini məsxərəyə qoydu
dünya

Mariya Zaxarova Polşada baş vermiş PUA hadisəini məsxərəyə qoydu

19-09-2025 14:00 15 Views
IMG

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Polşada baş vermiş pilotsuz uçuş aparatları (PUA) insidentini ələ salıb.

Tvit.az xəbər verir ki, bu barədə o, öz Telegram kanalında paylaşıb.

“Varşavadan onların necə qorxudulduqları barədə şərhləri gözləyirik”, – deyə diplomat yazıb.

Bundan əvvəl Zaxarova bildirmişdi ki, Polşadakı dron insidenti Rusiyanın demonizasiyası kampaniyasının bir halqasına çevrilib.

“Aydın görünür ki, bu, Rusiyanı demonizə etmək və Kiyev rejiminə əlavə dəstək toplamaq məqsədi daşıyan genişmiqyaslı informasiya kampaniyasının növbəti həlqəsidir”, – deyə o vurğulayıb.