Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Zelenski ABŞ-ın yeni hərbi yardımı çatdıracağını elan etdi
dünya

Zelenski ABŞ-ın yeni hərbi yardımı çatdıracağını elan etdi

17-09-2025 22:00 7 Views
IMG

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ nin göndərəcəyi yardım paketinin tərkibini açıqlayıb.

Tvit.az xəbər verir ki, bu barədə Zelenski Telegram kanalında yazıb.

O bildrib ki, ABŞ-dən göndərilən və Aİ ölkələrinin Ukrayna üçün Amerika silahlarının alınmasına dair PURL təşəbbüsü çərçivəsində maliyyələşdirdiyi ilk iki hərbi yardım paketi “Patriot” HHM sistemləri üçün raketlər və HIMARS qurğuları üçün reaktiv mərmilərdən ibarət olacaq.

Bundan əvvəl Zelenski əlavə 60 milyard dollar ayrılmasına çağırmışdı ki, Rusiya ilə münaqişəni davam etdirə bilsin. Onun sözlərinə görə, Kiyevə hərbi olmayan xərclərin maliyyələşdirilməsi üçün xarici tərəfdaşlardan eyni məbləğdə vəsait lazım olacaq.

Aysel Şirinova