ABŞ-ın texnologiya nəhəngi Microsoft 2028-ci ilə qədər süni intellekt infrastrukturuna və İngiltərədə davam edən əməliyyatlara 30 milyard dollar sərmayə qoyacağını açıqlayıb.
Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Microsoft-un sədr müavini və şirkətin prezidenti Bred Smit deyib.
“Bu investisiya İngiltərənin bulud və süni intellekt infrastrukturunun yaradılması üçün 15 milyard dollarlıq kapital xərclərini də əhatə edir”,- məlumatda deyilir.
Elmin Alışov