ABŞ prezidenti Donald Tramp bu həftə İngiltərəyə səfəri zamanı dəyəri 10 milyard dollardan çox olan iqtisadi sazişləri açıqlamağı planlaşdırır.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Planlaşdırılan sazişlərə İngiltərə ilə yeni elm və texnologiya tərəfdaşlığı, nüvə enerjisi, tədqiqat, investisiya və inkişaf sahələrində əməkdaşlıq, müdafiə texnologiyaları sahəsində əməkdaşlıq və maliyyə mərkəzləri arasında əlaqələrin dərinləşdirilməsində irəliləyişlər daxildir.
Elmin Alışov